31 Dekabr 2014 12:58
1 254
12 Punto 14 Punto 16 Punto 18 Punto

On yeddi yaşlı gənc atasını öldürdü, məşhurlar tutulub buraxıldı, hakim müttəhimlər kürsüsündə oturdu

Yola saldığımız il bir çox səs-küylü cinayətlərlə yadda qaldı. İlin ilk cinayəti Gəncədə baş verdi. Gəncə sakini,1963-cü il təvəllüdlü Yaşar Qasımov anası, 1935-ci il təvəllüdlü Cəvahir Xızıyevanı döyərək öldürdü.

Ötən ilin yanvar ayında daha bir dəhşətli hadisə İsmayıllı rayonunda törədildi. İvanovka kəndində 1953-cü il təvəllüdlü Pestriakov Aleksandr Aleksandroviçin yaşadığı evdə meyiti tapıldı. Aleksandr Pestriakovu onun arvadı Valentina Makarovanın tanışı, 1972-ci il təvəllüdlü UvarovVasiliİvanoviç işgəncə verərək öldürmüşdü.

Onlar evdə yeyibiçir, daha sonra mübahisə edirlər. Mübahisəyə sərxoş Vasili Uvarovun Aleksandr Pestriakovun arvadı ilə mazaxlaşması səbəb olur.

Buna etiraz edən Aleksandr Pestriakov Vasili Uvarovu söyür. Əsəbləşən Vasili Uvarov tanışını döyməyə başlayır. Daha sonra Aleksandr Pestriakovun başına odun sobasının üstündəki qaynar kərpiclə vurur. Bununla ürəyi soyumayan Vasili Uvarov onu soyundurur, isti kərpici bədəninə yapışdırır. Kişinin bağırtılarından həzz alan Vasili Uvarov siqareti də onu bədənində söndürür. Ardıycadəmir parçası ilə onun ayaqlarını sındırır, bununla da kifayətlənməyib evinə qonaq gəldiyi şəxsin cinsiyyət üzvünü zədələyir.

Dəhşətlisi odur ki, Valentina Makarova bütün bu dəhşətləri görür, ərinin bağırtılarını eşidir, işgəncə verənə isə mane olmur. Üstəlik, cinayəti ört-basdır etmək istəyir.

Polisin keçirdiyi əməliyyat nəticəsində Vasili Uvarov və Valentina Makarova həbs olundu. Məlum oldu ki, Vasili Uvarov əvvəllər də məhkumluq həyatı yaşayıbmış.

Nişan üzüyünü girov qoydu

Yanvar ayının daha bir cinayət hadisəsi... Qazax rayonunda işdən qovulan İsa Mustafayev ailə üzvlərini aldadaraq, onlara hələ də işlədiyini deyir. Əlindəki pulu kafelərdə xərcləyən İsa hər kəsi aldatmaq üçün maraqlı plan hazırlayır. O, polisə şikayət edərək, tanımadığı şəxslərin onu döyərək 550 manat pulunu və qızıl üzüyünü oğurladığını bildirir.

İsa Mustafayev ətrafındakı hər kəsi aldatmağı bacarır. Ancaq polislər onu ifşa edir. Oğlanın girov qoyduğu üzük nişan üzüyü imiş.

Qan davası

Fevralın 1-də Bərdə rayonunda illər öncə baş vermiş qan davası ağır cinayətlərə səbəb oldu. Rayonun mərkəzində avtoyuma sexinin sahibi Vaqif Əvəzov öz obyektində güllələndi.

66 yaşlı kişini gülləyən 1982-ci il təvəllüdlü Xosrov Muradzadə cinayətiqan davası nəticəsində törətdiyini söylədi. Bildirdi ki, Vaqif Əzizov 1986-cı ildə atası Xosrovu güllələyib. Hadisədən 28 il ötməsinə baxmayaraq intiqam almağı unutmayıb.

Məlumata görə, Xosrov Muradzadənin atası ilə Vaqif Əvəzov torpaq üstündə mübahisəediblərmiş.Cinayət işinə Bərdə məhkəməsində baxılıb və Vaqif Əvəzov 12 il müddətinə azadlıqdan məhrum edilib.

İlin səs-küylü intiharları

Fevralın 2-də sevgilisindən ayrılan Lənkəran rayon sakini 23 yaşlı Məleykə Bayramlı özünü yandıraraq öldürdü. Fevralın 6-də orta məktəb şagirdi Çinarə Əliyeva özünü yaşadığı binanın 5-ci mərtəbəsindən atdı. Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyasında çalışan 1970-ci il təvəllüdlü Fuad Rzayev də həmin ay eyni üsulla intihar etdi.

Səbail rayonunda həyat yoldaşı və 15 yaşlı oğlu evdən ayrılmasını dözməyən Telman Şirməmmədov, Lahıc qəsəbəsində 1949-cu il təvəllüdlü Banu Mövlanova özünə qəsd etdi.

20 yaşlı İsa Şahmarlı isə sosial şəbəkədə xəbərdarlıq statusu yazaraq özünü asdı. Hadisə yerinə çağırılan təcili yardım briqadası onu xilas edə bilmədi. İsa Şahmarlı özünü LGBT (Lezbiyan, Gey, Biseksual və Transseksual) adlı təşkilatın sədri kimi təqdim edirdi.

Sevgi cinayəti

Nabran qəsəbəsi yaxınlığındakı meşə massivində Xaçmaz şəhər sakini, 1998-ci il təvəllüdlü Vasif Quliyevin meyiti ağacdan asılmış vəziyyətdə tapıldı. Təxminən 25 metr aralıda yerdə isə rayonun Hacıqurban kənd sakini, 1997-ci il təvəllüdlü Nərgiz Tağıyevanın meyiti aşkar olundu.

Vasif Quliyevlə Nərgiz Tağıyeva Xaçmaz şəhər 2 saylı tam orta məktəbdə paralel siniflərdə təhsil alırdılar. Onlarınson bir ildə bir-birilərini sevdikləri bildirilirdi. Lakin hadisədən 2 ay əvvəl Nərgiz Tağıyeva Ukraynada yaşayan qohumuna nişanlanıbmış.

İntihardan bir neçə saat əvvəl Vasif Quliyev və Nərgiz Tağıyeva meşə massivinə gedirlər. Nərgizin sinif yoldaşı Amin Əlipaşayev də onlara qoşulur. İntihar məqsədi ilə qollarını şüşə parçası ilə kəsən gənclərə Amin Əlipaşayev mane olmaq istəyir. Aminin təkidindən sonra onlar intihardan əl çəkdiklərini deyir, məktəb yoldaşlarını evə göndərir, bundan sonra intihara əl atırlar.

Oğluna toy edən kişi qatil oldu

Martın 17-də Şəmkirin Qapanlı kəndində 1964-cü il təvəllüdlü Telman Əliyev münaqişə zəminində qonşusu – 1953-cü il təvəllüdlü Fədail Qurbanov güllələdi.

Hadisədən bir gün əvvəl Telman Əliyevin oğlunun toyunda Fədail Qurbanov dava salır. Qonşular arasında köhnə ədavət varmış. Bu səbəbdən Telman Əliyev oğlunun toyuna Fədaili dəvət etmir, amma o, çağırılmadığıməclisə gedir.

Ədavətin səbəbi Fədail Qurbanovun uzun illər öncə Telman Əliyevi cinsi zorakılığa məruz qoyması və bunu zaman-zaman onun üzünə vurması göstərilir. Əsəb xəstəliyindən əziyyət çəkən Telman Əliyev nəhayət,belə qonşudan can qurtarmaq qərarına gəlir...

Çoban oğlu arvadını öldürdü

Mayın 7-də Lerik sakini, 1974-cü il təvəllüdlü Nazim Şahıyevözündən bir yaş kiçik həyat yoldaşı Səkinə Əliyevanı qətlə yetirdi. Nazim Şahıyevməşhur Çoban Xanışın oğludur. Xanış Şahıyev2009-cu ildə 77 yaşında vəfat edib.

Həmin gün daha bir cinayəti hadisəsi Yasamal rayonunda baş verdi. Vahid Əhmədov naməlum şəxs tərəfindən bıçaqlanaraq öldürüldü. Sabirabad rayon sakini Vahid Əhmədov Yasamalda kirayədə yaşayırmış.O, əvvəllər İmişli rayon Polis İdarəsində işləyib.

Üç dayısını yandırana ömürlük cəza

Türkan qəsəbəsində 1997-ci il təvəllüdlü Şamil Rzayev yaşadığı evdə anasını döydüyünə görə atasıQalib Rzayevi baltaladı. 17 yaşlı oğlan ilin ən cavan qatili oldu.

İlin ən dəhşətli qətl olayı Corat qəsəbəsində baş verdi. Əsgəralı Abbasov dayıları –Dünyamalı Mirzəyev, Yadigar Mirzəyev və Ağamalı Mirzəyevin olduğu bağ evinin qapılarını bağlayaraq evə od vurdu.
Əsgəralı Abbasov istintaqa ilkin ifadəsində dayılarının tez-tez onu təhqir elədiyini dedi. Onun sözlərinə görə, hadisədən əvvəl də dayıları anası və atasının ünvanına nalayiq ifadələr söyləyiblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əsgəralı Abbasov ömürlük azadlıqdan məhrum edildi.

8 nəfəri qətlə yetirənin qardaşı özünü asdı

İlin daha bir dəhşətli olayı Goranboy rayonunun Səfikürd kəndində baş verdi. Rafiq Hüseynov bu il oktyabrın 1-də bir ailənin 8 üzvünü qətlə yetirdi.

Qətlə yetirilənlər 1958-ci il təvəllüdlü Diləzbər Alı qızı Məmmədova, 1983-cü il təvəllüdlü Fərqanə Allahyar qızı Məmmədova, 1951-ci il təvəllüdlü Ofelya İsa qızı Məmmədova, 1963-cü il təvəllüdlü Həvayət Xanlar qızı Məmmədova, 1984-cü il təvəllüdlü Südabə Allahyar qızı Hüseynova, 1989-cu il təvəllüdlü Namiq Allahyar oğlu Məmmədov, 2011-ci il təvəllüdlü İsa Elvin oğlu Məmmədov və Günel Məmmədovadır.

Hadisədən 1 ay sonra Rafiq Hüseynovun qardaşı,1989-cu il təvəllüdlü Afiq Hüseynov özünü asdı. Oğlunun intiharına dözə bilməyən Müzəffər Hüseynov da dünyasını dəyişdi. Atanın ürəyi dayandı.

Noyabrın 22-də Goranboy rayonunun Qaradağlı kəndində 1930-cu il təvəllüdlü Tahir Məmmədov və onun həyat yoldaşı, 1934-cü il təvəllüdlü Sona Məmmədova xüsusi amansızlıqla qətlə yetirildi. Cinayəti tamah məqsədilə törədən Sübhay İbrahimov tutuldu.

Bacısının başını kəsdi

Oktyabrın 13-də Xətai rayonunda iki bacının mübahisəsi qanla nəticələndi. Pərvanə Nuriyeva bacısı Günel Nuriyevanın başını kəsdi.

Gəncə şəhərində isə sələmə pul verməklə məşğul olan 47 yaşlı Pərvanə İsmayılova xüsusi amansızlıqla qətlə yetirildi. Cinayəti tamah məqsədiləGəncə sakinləri Rüstəm Hüseynovla Müşfiq Cəlilovun törətdiyi üzə çıxdı.

Tanınmışlar məhkəmə qarşısında

Yola saldığımız il Azərbaycanda ilk dəfə hakim müttəhimlər kürsündə əyləşməli oldu. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyev dələduzluqda və rüşvət verməkdə təqsirli bilindi. Onun işinə əvvəlcə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildi.

Hazırlıq iclasına sədrlik edən hakimlər – Əlisoltan Osmanov, Əlövsət Abbasov və Əfqan Hacıyev keçmiş həmkarlarının işinə baxmaqdan imtina etdilər. Bu səbəbdən onun işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxıldı.

2013-cü il fevralın 13-də həbs olunan sabiq millət vəkili Gülər Əhmədova da yola saldığımız il məhkəmə qarşısına çıxarıldı. Ona Bakı Ağır Cinayətlər Məhkəməsində 3 il cəza verilsə də, Bakı Apelyasiya Məhkəməsi cəzanı şərti hesab etdi və sabiq millət vəkili məhkəmə zalından azadlığa buraxıldı.

Dələduzluqda ittiham olunan teleaparıcı İlham Mirzəyevlə bağlı maraqlı olay baş verdi. İlham Mirzəyev Nərimanov Məhkəməsinin hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edildi.

Bundan əlavə, tanınmış iş adamı Arzu Kazımov 3 il, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin sabiq dekan müavini, hüquq elmləri doktoru, professor Məhəmməd İmanlı 3 il müddətinə azadlıqdan məhrum edilsələr də sonradan məhkəmənin qərarı ilə hər iki şəxs vaxtından əvvəl azadlığa buraxıldı....

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər