1 Yanvar 2015 22:22
3 717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin ən böyük şəhəri olan İstanbul köhnə ili qətllə yola saldı. 33 yaşlı Mərdan K. arvadını və onun yanındakı kişini hamının gözü qarşısında odlu silahla öldürüb.

Teleqraf.com-un türk mediasına istinadən məlumatına görə, dünən saat 17.40 radələrində alış-veriş mərkəzlərinin birinə gələn Mərdan həyat yoldaşı Məltəmi kafedə başqa kişi ilə birlikdə oturan görüb. Adamların arasından çıxan qısqanc ər onların oturduğu masaya yaxınlaşaraq tapança ilə atəş açıb. 25 yaşlı Məltəm 6, onun yanındakı 33 yaşlı Adem isə 8 güllə yarası alıb.

Hər ikisi aldıqları yaralardan hadisə yerində keçiniblər. Yeni il axşamı olduğundan ticarət mərkəzində sıxlıq olub. Bundan istifadə edən qısqanc ər qaçaraq gözdən itib. Lakin 2 saat sonra könüllü olaraq polisə təslim olub. Cinayəti törətdiyi silahı da hüquq-mühafizə orqanlarına təhvil verib.

Bayram alış-verişi üçün gələnlər gördükləri mənzərədən panik yaşayıblar. Polis hadisə ilə bağlı izahat aldıqda cinayəti planlaşdırdığını bildirib. Həyat yoldaşının onu aldatdığını öyrənən Mərdan, onu təqib edərək başqa kişi ilə görüşdüyünün şahidi olub və hər ikisini öldürüb. Mərdan K.-nın cinayəti sübuta yetirildiyindən məhkəmənin qərarı ilə həbsxanaya göndərildi.

İstintaq zamanı ərinə xəyanət edən Məltəmin üç uşaq anası, görüşdüyü Ademin də evli və üç uşağı olduğu bəlli olub.


Müəllif:

Oxşar xəbərlər