2 Yanvar 2015 14:37
918
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürdəmir rayonunda qətl hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Pirili kəndində yanvarın 2-nə keçən gecə 1985-ci il təvəllüdlü Elnur Zeynalov ağır bıçaq xəsarətləri ilə Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Həkimlərin səyinə baxmayaraq, E. Zeynalovun həyatını xilas etmək mümkün olmayıb.

Qətl hadisəsini törədən 1995-ci il təvəllüdlü Ruhani Məlikov polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, hadisə qız üstündə baş verib. Qızın qohumu R. Məlikovla E. Zeynalov arasında mübahisə düşüb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif:

Oxşar xəbərlər