2 Yanvar 2015 22:30
690
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda “VAZ” markalı minik avtomobili yanıb.

Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Qaradağ rayonunda sahibi məlum olmayan “VAZ” markalı minik avtomobilinin mühərrik və salon hissəsi yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: