4 Yanvar 2015 20:56
1 542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda 25 yaşlı oğlan həyat yoldaşının itkin düşməsi ilə bağlı polisə müraciət edib.

İ.İsmayılov küçəsində yaşayan 25 yaşlı S.A müraciət edərək bildirib ki, onunla eyni ünvanda yaşayan xanımı, 1992-ci il təvəllüdlü S.G dekabrın 11-də saat 23 radələrində əvvəl evdən çıxıb və geri qayıtmayıb.

Teleqraf.com-un məlumatına görə, ikayətçi qeyd edib ki, xanımı evdən gedərkən mənzildən xeyli miqdarda pul və mobil telefonları da aparıb.

Gənc qadının sosial şəbəkədə tanış olduğu sevgilisinə qoşulub qaçdığı ehtimal edilir.

22 yaşlı qadının tapılaraq ailəsinə qaytarılması istiqamətində iş aparılır. (lent.az)


Müəllif: