18 May 2023 20:38
2 051
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış aktyor, rejissor və ssenarist Rza Rzayev həbs olunub.

Teleqraf.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi bu gün onu Cinayət Məcəlləsinin 221.3-cü ((Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirli bilərək, barəsində 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarıb.

O, tanınmış aktyor Tural Mirzəliyev və Ülvi Quliyevin şikayətləri əsasında həbs edilib. Bu cinayət işi 2018-ci ildən davam edir və bu gün zərərçəkənlərin birinci instansiya məhkəməsinin qərarından verdikləri apellyasiya şikayətinə baxılıb.


Müəllif: Teleqraf.com