12 May 2014 15:17
996
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda çoxsaylı oğurluq cinayətləri törədən şəxslər həbs edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsi əməkdaşları tərəfindən Bakı şəhər sakinləri Elmir Qasımov, Mirzəbaba Cəfərli, Samir İbrahimov və Yusif Kərimzadə həbs olunublar.

Onlar Aynur Şirzadovaya, Təyyub Ağayevə, Aysel Məmmədovaya məxsus tədris mərkəzlərindən, Nurxan Cəfərova, Samir Rzayevə, Səadət Kərimovaya məxsus mağazalardan, Dilsuz Alışanova məxsus ofisdən, Emin Qubadova məxsus “Topaz” mərc oyunları klubundan, habelə Nərimanov rayon İcra Hakimiyyətinin 1 N-li Sahə İnzibati Ərazi Dairəsindən pul və məişət əşyaları oğurlamsı da müəyyən edilib.

Onların Lətifə Əhmədovaya məxsus gözəllik salonundan, Ramil Mereyevə məxsus “Nova Med” tibb mərkəzindən, Orxan Əliyevə məxsus kafedən tibbi alətlər və məişət əşyaları oğurlamaları da müəyyən olunub.

Hacı Zeynalov


Müəllif: