5 Yanvar 2015 14:31
660
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə yanvarın 4-də saat 20 radələrində Xətai rayonunun Əbilov küçəsində qeydə alınıb. Bakı şəhər sakini Musa Hüseynov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 30-40 yaşlı qadını vurub. Xəstəxanaya yerləşdirilmiş həmin qadın orada ölüb.

Həmin gün Xətai rayonunda daha bir yol qəzası qeydə alınıb. Xətai rayonunun İ.İsmayılov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Qusar rayon sakini Svetlana Abdullayeva vurulub. Piyada xəstəxanaya yerləşdirilib.

Suraxanı rayonunun Bülbülə qəsəbəsində də yol qəzası baş verib. Bakı şəhər sakini Çingiz İsgəndərov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən 30-35 yaşlı kişini vurub. Həmin kişi xəstəxanaya yerləşdirilib.

Hacı Zeynalov


Müəllif: