Neftçala rayonunda 2000-ci il təvəllüdlü Sərxan həmkəndlisi, yetkinlik yaşına çatmayan Arzu (adlar şərti verilib – red.) ilə cinsi əlaqədə olub.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Sərxan 2020-ci ilin sentyabrın sonlarında, günü istintaqa məlum olmayan tarixdə gecə saatlarında həmkəndlisi Arzu ilə yaşadıqları kəndin ərazisindəki fərdi yaşayış evinin həyətində könüllü olaraq qeyri-təbii yolla cinsi əlaqədə olub.
Daha sonra həmin ilin noyabrın əvvəlində gecə saatlarında Arzu ilə kəndin ərazisindəki Kür çayının sahilində, bəndin yaxınlığında “Vaz 21074” markalı avtomobildə könüllü olaraq təbii yolla cinsi əlaqədə olub, onun bakirəliyini pozub.
Bundan başqa, 2021-ci ilin martında Arzu ilə yenidən öz yaşadığı evin həyətində, apreldən avqust ayının əvvəlinə kimi müxtəlif günlərdə idarə etdiyi “Vaz 21074” markalı avtomobildə cinsi əlaqədə olub.
“Sevdiyimi bildirdim”
İstintaq orqanı tərəfindən Sərxanın barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sərxan ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, ailəsi ilə birlikdə Neftçala rayonunun kəndində yaşayıb: “2020-ci ilin mayında hərbi xidmətini başa vurdüm və yaşadığım kəndə qayıtdım. Təxminən yay aylarında kənddə Arzunu gördüm. Ondan xoşum gəldi. Bir dəfə əvvəllər istifadə etdiyim “İnstaqram” hesabımdan Arzuya mesaj yazdım, onu sevdiyimi bildirdim. Arzu da həmin vaxt məni gördüyünü və bəyəndiyini dedi.
Beləliklə, münasibətlərimiz yarandı. Biz mütəmadi olaraq mobil telefonda və sosial şəbəkələrdə danışmağa başladıq”.
“Cinsi əlaqədə oldum”
Təqsirləndirilən şəxsin sözlərinə görə, daha sonra Arzu ilə gizlin görüşüb:
“Həmin vaxtlar sürdüyüm “Vaz 2107” markalı avtomobildə Arzu ilə kənddə, Kür çayı sahilində görüşərək söhbət etdik. Bir dəfə təxminən 2020-ci ilin sentyabrın sonlarında Arzu görüşmək üçün məni öz həyətlərinə çağırdı. Gecə saat 1 radələrində Arzugilin həyətinə getdim. Həyətdə daşdan hörülmüş su hovuzunun yaxınlığında öpüşməyə başladıq.
Sonra soyunduq, Arzu ilə qeyri-təbii yolla cinsi əlaqədə oldum. Onunla münasibətlərimiz sonrakı dövrdə davam etdi”.
“Anası münasibətlərimizdən xəbər tutdu”
Təqsirləndirilən şəxs qeyd edib ki, Arzu ilə 2021-ci ilin martında heç kim olmayanda öz evlərinin həyətində görüşüb və onunla qeyri-təbii yolla cinsi əlaqədə olub:
“Təxminən 2021-ci ilin aprelindən başlayaraq avtomobilimdə kəndimizdə Kür çayının sahilindəki bəndin yaxınlığında görüşdük, yenə də qeyri-təbii yolla cinsi əlaqədə olduq. Arzunun anası Xumar münasibətlərimizdən xəbər tutdu. Xumar bir neçə dəfə anam Südabə ilə danışdı və mənimlə qızı Arzunu evləndirməyi dedi. Anam buna razı olmadı”.
Sərxan bildirib ki, 2022-ci ilin oktyabrından Arzu ilə münasibətləri kəsilib, bir də ona zəng etməyib:
“Xumar haradansa Arzunun mənimlə cinsi əlaqədə olduğunu eşitdi. Mən özüm heç kəsə bu barədə bir söz deməmişdim. Düzdür, idarə etdiyim avtomobildə Arzu ilə bir neçə dəfə görüşərək söhbət etmişdik. Lakin onunla təbii yolla cinsi əlaqədə olmamışdıq.
Ümumiyyətlə Arzu ilə yalnız qeyri-təbii yolla cinsi əlaqələrimiz olub. Arzu həbs olunmamışdan təxminən 3 ay əvvəl mənə içkili halda təbii yolla cinsi əlaqədə olduğumu dedi. Özümsə Arzu ilə təbii yolla cinsi əlaqədə olduğumu xatırlamıram. Biz qarşılıqlı razılıq əssında cinsi münasibətdə olmuşuq, ona qarşı hər hansı bir zor tətbiq etməmişəm. Lakin Arzunun 15 yaşında olduğunu bilmişəm. Əməlimdən peşmanam”.
“Zərərçəkmişlə razılaşmışıq”
Təqsirləndirilən şəxs həmçinin bildirib ki, taksi sürücüsüdür, ailənin maddi ehtiyaclarını həmin fəaliyyətlə məşğul olmaqla ödəyir:
“Başqa bir qadınla qeyri-rəsmi olaraq ailə qurmuşam. Hazırda həmin qadınla və yaşlı anamla birlikdə yaşayıram. Uşağım yoxdur, arvadım hamilə deyil. Atam isə vəfat edib. Ailəmə yeganə qazanc gətirən şəxsəm. Arvadım barəmdə cinayət işi başlandığını bildiyinə baxmayaraq, məhz hansı əmələ görə cinayət məsuliyyətinə cəlb edildiyimdən xəbərsizdir. Əgər bilsə, çox güman ki, ailəmdə də müəyyən narazılıqlar yaranacaq.
Arzu və onun anası ilə barışıq əldə etmişik. Onlara müəyyən məbləğdə pul vermişik. Həmçinin Arzu ərə gedərkən ona cehiz əşyaları almışıq”.
Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Arzunun sözlərinə görə, Salyan rayonunun kəndində qeydiyyatda olub və faktiki olaraq Neftçala rayonunun kəndində ailəsi ilə birlikdə yaşayır: “Hələ uşaq ikən valideynlərim ayrıldı. Mən isə anamın yanında qaldım. Hazırda anamla birlikdə yaşayıram”.
“Tanışlıq təklif etdi”
Zərərçəkmiş qeyd edib ki, 2011-ci ildən 2020-ci ilə qədər Salyan şəhərində yerləşən internat məktəbində 9-cu sinifə qədər təhsil alıb:
“Təxminən 2020-ci ilin iyun ayında kənddə mağazaya və ya digər yerlərə gedərkən Sərxan özünə məxsus avtomobili ilə mənim qarşıma çıxdı. Beləliklə, Sərxanı demək olar ki, hər gün görürdüm. Sonradan bir neçə nəfərdən eşitdim ki, Sərxanın məndən xoşu gəlir. Mən isə ona xəbər göndərdim ki, bir də qarşıma çıxsa, avtomobilinin şüşəsini sındıracam.
Bir dəfə o, mənim vaxtilə istifadə etdiyim “İnstaqram” hesabına yazaraq tanışlıq təklif etdi. Əvvəl razı olmasam da, danışdıqca münasibətlərimiz yarandı. Beləcə mütəmadi olaraq danışmağa başladıq”.
Arzunun ifadəsinə görə, daha sonra Salyan şəhərində tibb bacısı kursuna getməyə başlayıb: “Həmin vaxtlar Sərxanla kəndimizdə gizlin görüşürdük.
Bir dəfə təxminən 2020-ci ilin sentyabrın sonlarında axşam vaxtı həyətimizdə Sərxanla görüşdük. Onun həyətə gəlməsini heç kim görmədi. Məni öpməyə başladı, mən də qarşılıq verdim. Daha sonra paltarlarımı soyundurdu, özü də soyundu. Qeyri-təbii yolla cinsi əlaqədə olduq, sonra getdi”.
“Hiss etdim ki, içkilidir”
Zərərçəkmiş qeyd edib ki, bir müddət sonra, təxminən 2020-ci ilin noyabrın əvvəlində onlar nömrəsini xatırlamadığı avtomobildə Kür çayının sahilindəki bənd tərəfdə görüşüblər:
“Hiss etdim ki, Sərxan bir qədər içkilidir. Mənimlə təbii yolla cinsi əlaqədə oldu. Bundan əvvəl heç kimlə cinsi əlaqədə olmamışam. İlk dəfə Sərxanla təbii yolla cinsi əlaqədə oldum.
Bir qədər ağrı hiss etsəm də, avtomobilin içərisi qaranlıq olduğundan qan gəldiyini görə bilmədim”.
Arzu deyib ki, bundan başqa 2021-ci ilin martında heç kim olmayanda Sərxanın yaşadığı evin həyətinə gedib və Sərxan onunla təbii yolla cinsi əlaqədə olub:
“Biz 2021-ci aprelindən avqustun əvvəllərinə kimi mütəmadi olaraq Sərxana məxsus avtomobildə görüşüb, təbii yolla cinsi əlaqədə olmuşuq. Bundan sonra bir müddət görüşmədik. Çünki həmin vaxtlar anam məndən şübhələndi.
Bir dəfə hətta Sərxan cinsi əlaqədə olduqdan sonra məni evə apardı. Bu zaman anam təsadüfən bizi gördü, münasibətlərimizdən xəbər tutdu. O, Sərxanın anasına zəng etdi və bu barədə xəbər verdi.
Münasibətdə olduğumuz müddətdə Sərxanla bir neçə dəfə küsüb-barışmışıq. Hər dəfə mübahisələrimiz Sərxanın tanımadığım başqa qızlarla danışmasına görə olub”.
“Hər şey könüllü olub”
Zərərçəkmişin sözlərinə görə, 2022-ci ilin oktyabrında Sərxan yenə də başqa bir qızla danışdığı üçün ondan ayrılıb: “Sərxan bundan sonra kənddə arxamca danışmağa başladı ki, mənimlə cinsi əlaqədə olub. Bu söz anamın da qulağına çatdı. Anam məndən soruşanda hər şeyi olduğu kimi danışdım.
Sərxan cinsi əlaqədə olarkən mənə qarşı hər hansı zor tətbiq etməyib və ya hədə-qorxu gəlməyib. Hər şey könüllü olub”.
Bu cinayət işinə Neftçala rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Sərxan 11 ay 29 gün müddətinə azadlıqdan məhrum edilib.
Sərxanın barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilib. O, məhkəmə iclas zalında həbs edilib.