30 May 2023 17:22
1 040
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəranda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com-un məlumatına görə, hadisə rayonunun Səpnəkəran kəndi ərazisində qeydə alınıb.

Lerik rayonunun Rvarud kənd sakini 1974 - cü il təvəllüdlü Ehram Firudin oğlu Muradov idarə etdiyi "Niva" markalı avtomobillə yolu keçən 2009-cu il təvəllüdlü Səpnəkəran kənd sakini Rəvayət Füzuli qızı Fərəcovanı vurub.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsində zəruri tibbi yardım göstərilərək özəl klinikanın birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com