6 Yanvar 2015 13:37
888
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Karat” MTK-nın vəzifəli şəxsləri barəsində başlanan cinayət işinin vaxtı məlum olub.

Bu barədə Teleqraf.com-a təqsirləndirilən Rövşən Hacızadənin vəkili Ceyhun Yusifov bildirib.

Ceyhun Yusifov qeyd edib ki, cinayət işi hakim Eldar İsmayılovun icraatına verilib və məhkəmənin hazırlıq iclası yanvarın 8-nə təyin edilib.

Qeyd edək ki, “Karat” mənzil tikinti kooperativinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb.

“Karat” MTK-nın icraçı direktoru Rövşən Hacızadənin, tanışı Qərib Əmiraslanovla qabaqcadan əlbir olub tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil ediblər. Onlar MTK-nın Bakı şəhərində inşa etdiyi çoxmərtəbəli yaşayış binasında əvvəllər ayrı-ayrı şəxslərə satılmış 5 mənzili və 4 avtodayanacaq yerlərini təkrarən başqa şəxslərə satmaqla 1 milyon 112 min manat məbləğində pulu mənimsəyiblər.

Rövşən Hacızadə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı), Qərib Əmiraslanova isə 178.3.2-ci maddəsi ilə ittiham edilir. İstintaq zamanı vurulmuş ziyanın qismən ödətdirilməsi təmin edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər