6 Yanvar 2015 15:03
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nərimanov rayon Məhkəməsində dələduzluqda təqsirli bilinən Seymur Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Hakim Turqay Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Seymur Əhmədov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Seymur Əhmədov Nərimanov rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq törətmək) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddələri ilə ittiham edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər