5 İyun 2023 11:07
2 025
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə Ağır Cinayətlər Məhkəməsində 10-yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirli bilinən İlkin Süleymanova hökm oxunub.

Teleqraf.com-un xəbərinə görə, İlkin Süleymanov 18 il müddətinə azadlıqdan məhrum edilib.

***

10.43

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində 10-yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirli bilinən İlkin Süleymanova hökm oxunması gözlənilir.

Teleqraf.com xəbər verir ki, artıq İlkin Süleymanov məhkəməyə gətirilib.

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İlkin Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.

Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər