6 Yanvar 2015 16:52
1 956
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Nərimanov rayon məhkəməsində tanınmış jurnalist Sevinc Osmanqızı Mirzəyevanın arəsində olan şikayət üzrə məhkəmə prosesi başlayıb. Hakim Məzahir Sadıqovun sədrliyi ilə keçirilən prosesdə Azər Xəlilovun nümayəndələri vəsatətlə çıxış edib.

Onlar Sevinc Osmanqızının məcburi şəkildə gətirilməsini tələb ediblər. Sevinc Osmaqızının vəkili bildirib ki, uşaqları xarici ölkədə təhsil alır və onun Bakıya gəlmək imkanı yoxdur.

Məhkəmə isə vəsatəti baxılmamış saxlayıb. Daha sonra hakim bildirib ki, Sevinc Osmanqızı ilə bağlı İcra Hakimiyyətinə, Dövlət Statistika Komitəsinə, Dövlət Sərhəd Xidməti və digər dövlət qurumlara sorğular göndərilib. Hakimin sözlərinə görə, hələlik sorğuya cavab verilməyib.

Məhkəmə iclası yanvarın 13-ü davam etdiriləcək.

Qeyd edək ki, Sevinc Osmanqızına qarsı Cinayət Məcəlləsinin 147-ci (böhtan atma) və 148-ci (təhqir etmə) maddələri ilə cinayət işi açılıb. Bundan əvvəl isə qarşı tərəf tanınmış jurnalisti xarici xidmət orqanları ilə əməkdaşlıq etməkdə ittiham edib.

Sevinc Osmanqızı barəsində məhkəmə iddiasını keçmiş həyat yoldaşı, Azərbaycanın “CBC” (Caspian International Broadcasting Company) telekanalının direktoru Azər Xəlilov qaldırıb. Sevinc Osmanqızı CNN, BBC və digər aparıcı Qərb mətbuatında Azərbaycana dair verilişlərin müəllifidir. ANS-in Amerikada xüsusi müxbiri işləməzdən əvvəl televiziyanın “Xəbərlər” redaksiyasının bas redaktoru, Londonda BBC radiosunun jurnalist-prodüseri çalışıb. O, “Açıq söhbət” siyasi debat proqramının moderatoru olub və şəhid jurnalist Osman Mirzəyevin qızıdır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər