9 İyun 2023 19:17
1 374
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Xural Yayınları” MMC-nin təsisçi və baş direktoru Əvəz Zeynallı və "Səda TV" MMC-də rəhbər vəzifədə işləyən Elnur Şükürovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmi qismində tanınmış Ruslan Vəliyev ifadə verib.

Qeyd edək kix Ruslan Vəliyev Elnur Şükürovun əməlindən zərərçəkib. İttihama görə, Ruslan Vəliyev Elnur Şükürova müraciət etməsinə səbəb tikinti aparması üçün icəza sənədinə ehtiyacının yaranması olub. Ruslan Vəliyev bununla bağlı Elnur Şükürova 7 min manat verib.

Məhkəmədə ifadə verən Ruslan Vəliyev təqsirləndirilən şəxsdən şikayətçi olmadığını deyib.

Daha sonra prokurorun suallarını cavablandıran Ruslan Vəliyev Elnur Şükürova müraciət etməsinin onun geniş əlaqələrə sahib olması ilə izah edib.
Zərərçəkmiş şəxs prokurorun bir çox suallarına cavab verməyib və deyib ki, heç nə yadında qalmayıb. Hakim Əli Məmmədov laqeyd cavablara görə zərərçəkmiş şəxsə xəbərdarlıq edib.
Bu məqamda Əvəz Zeynallı müdaxilə edib və səs-küy salıb. Prokuror Əvəz Zeynallının dərhal zaldan çıxarılmasını, prosesin onsuz davamına qərar verilməsini istəyib.

Məhkəmə ilk olaraq Əvəz Zeynallının zaldan çıxarılmasına göstəriş versə də, qısa müşavirədən sonra fikrini dəyişib.
Bu zaman hakim Əvəz Zeynallıya sonuncu dəfə xəbərdarlıq edib.
Bundan sonra prokurorun vəsatəti ilə zərərçəkmiş şəxsin istintaqa verdiyi ifadəsi elan olunub.

Ruslan Vəliyev istintaqa verdiyi ifadədə Əvəz Zeynallının və Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin adını çəkib. O, Elnur Şükürova verdiyi 7 min manatın Əvəz Zeynallı vasitəsilə icra başçısı Adil Vəliyevə çatdığını deyib.

Zərərçəkmiş şəxsin ifadəsinə görə, Elnur Şükürov Əvəz Zeynallının icra başçısı Adil Vəliyevlə münasibətin olmasından danışıb, o da 7 min manatı Elnur Şülürova verib, Əvəz Zeynallı vasitəsilə icra başçısına çatıdırılıb.

Qeyd edib ki, bundan bir neçə gün sonra tikintiyə icazə verilib, o da işini görüb
Bunsan sonra təqsirləndirilən Elnur Şükürov ifadə verib.Elnur Şükürov ittihamları qəbul etmədiyini, Əvəz Zeynallının əleyhinə ifadə vermədiyinə görə həbs olunduğunu bildirib.
Növbəti proses iyunun 16-da davam edəcək.

Əvəz Zeynalova Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma), 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 32.4, 312.2-ci (Rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsində iştirakçılıq) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) maddələri ilə ittiham verilib.

Digər təqsirləndirilən Elnur Şükürova isə Cinayət Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1-ci maddələri ilə ittiham elan edilib.

İş üzrə zərərçəkmiş qismində Vəliyev Ruslan Telman oğlu tanınır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər