Narkotik vasitələrin satışı ittihamı ilə həbs olunan Sabirabad sakinini evinə baxış keçirilib.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Narkotiklə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sabirabad rayon sakini, 1965-ci il təvəllüdlü Nağı Həmidov ətrafında davam etdirilən araşdırmalar zamanı rayonun Bala Həşimxanlı kəndindəki evindən əlavə olaraq 1 kiloqram 530 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Qeyd edək ki, Nağı Həmidov yanvarın 6-da Bakı şəhərində həbs olunub. Ondan 5 kiloqram 100 qram marixuana götürülüb.
Hacı Zeynalov