7 Yanvar 2015 11:32
1 280
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz rayonunda növbəti dəfə gəlinin qaçması ilə nəticələnən rüsvayçı olay yaşanıb.

Rayon sakinlərinin Axar.az-a verdiyi məlumata görə, yanvarın 5-də Xaçmazdakı “Ariz” şadlıq sarayında keçirilən toy məclisindən sonra Qobuqırağı kəndinə gedən oğlan adamları gəlinin qaçdığını öyrənib. Bildirilir ki, Qobuqırağı kənd sakini olan gəlin Simuzər Sabir qızı bundan əvvəl 4 dəfə nişanlı olsa da, hər dəfə nişanını toyqabağı geri qaytarırmış. Bu dəfə isə 5-ci nişanlısı ilə toyunun baş tutmasına qədər dözsə də, toy günü başqasına qoşularaq qaçıb.

Xaşmazın sözügedən kəndinin adətinə görə, gəlin oğlan toyuna getmir, toydan sonra bəyin adamları gəlini öz evindən birbaşa oğlan evinə aparırlar.

Bu dəfə isə toydan sonra gəlin evinə gələn oğlan adamları şok yaşayıblar.

Gəlinin toy günü başqası ilə niyə və hara qaçdığı barədə heç bir xəbər yoxdur.


Müəllif: