Bakının Sabunçu rayonunda soyğunçuluq hadisəsi törədən həbs edilib.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Sabunçu rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Quba rayon sakini, 1993-cü il təvəllüdlü Artyom Əliyev tutulub.
Artyom Əliyev yanvarın 5-də axşam saatlarında 40 saylı xətt avtobusunda soyğunçuluq yolu ilə Bakı şəhər sakini 1971-ci il təvəllüdlü Elnur Məhərrəmovun 50 manat pulunu talayıb.
Hacı Zeynalov