7 Yanvar 2015 12:09
978
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Binəqədi rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun 7-ci mikrorayon ərazisində qeydə alınıb. Şövkət Məmmədova küçəsi- 6 ünvanında yerləşən məcburi köçkün şəhərciyində 1977-ci il təvəllüdlü Gülbahar Cəlal qızı Hüseynova naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.

Gülbahar Hüseynova müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Teleqraf.com xəbər verir ki, Gülbahar Hüseynova tanınmış jurnalist Vüsalə Məmmədovanın xalası qızıdır. Jurnalist bu barədə “Facebook” sosial şəbəkəsində olan profilində yazıb. “Xalam qızı axşam işdən qayıdanda metrodan biri arxasınca düşüb və axırda blokun qarşısında oğru olduğu məlum olub. 3 bıçaq zərbəsi alan qız xəstəxanadadır, gədəni də polis axtarır. Xəbəri eşidəndən gözümə tor gəlib. Daha çox maşın haqda düşünməyə başlamışam. Bu şəhərin qaranlığı qorxuldu”, -deyə jurnalist qeyd edib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər