Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bir nəfəri öldürməkdə, bir nəfəri isə yaralamaqda təqsirləndirilən Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Elnur Tahirovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, hadisə ötən ilin avqustun 9-da Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində qeydə alınıb. Beyləqan rayon sakinləri Rəşad Əliyev və Səyavuş Orucov kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətiriliblər. R.Əliyev aldığı xəsarətdən orada dünyasını dəyişib.
İlkin araşdırmalar nəticəsində hadisəni münaqişə zəminində törətmiş şəxsin M.Ə.Rəsulzadə qəsəbə sakini Elnur Tahirov olduğu müəyyən edilib.
Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində E. Tahirov tutulub.
Hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib məhkəmə baxışı yanvarın 8-nə təyin olunub.
Hacı Zeynalov