İnternet tele-kanallarının birində polis əməkdaşlarının hərəkətləri ilə bağlı iddialar səsləndirilib.
DİN-in mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, vətəndaş Vidadi İsayevin narkotik aludəçisi olan övladları - əvvəllər CM-in 234-cü maddəsilə məhkum olunan Vüsal və Şahin Səmədovla bağlı səsləndirdiyi iddialarının hüquqi əsası yoxdur, yalandır, müdafiə məqsədi daşıyır.
Mayın 15-də gecə saatlarında qardaşlar özlərinə məxsus “Daewo gentra”markalı maşınla sifariş verdikləri narkotik vasitəni götürmək məqsədilə Səbail rayonu Badamdar qəsəbəsinə gəliblər.
Qeyd olunan ərazidə xidmət aparan polis əməkdaşları həmin şəxslərə yaxınlaşarkən onlar nəqliyyat vasitəsini polis əməkdaşlarının üzərinə sürüb hadisə yerindən uzaqlaşmağa cəhd göstəriblər. Bu zaman polis əməkdaşı qanunamüvafiq olaraq xidməti tabel silahından istifadə etməklə avtomobilə atəş açıb. Nəticədə avtomobildə olan V.Səmədovun ayaq nahiyəsindən xəsarət alıb. Araşdırmalarla hadisə yerindən 1 büküm narkotik vasitə olan heroin aşkarlanıb.
V.Səmədovun müalicəsi davam etdirilir.
Fakt üzrə araşdırmalar davam etdirilir.