8 Yanvar 2015 13:02
824
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı polisi dilənçilərin yığışdırılması ilə bağlı əməliyyatı davam etdir.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə,dilənçiliklə məşğul olduqlarına görə Çevik Polis Alayı və Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşları tərəfindən 4 nəfər, Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsi əməkdaşları tərəfindən 3 nəfər, 20-ci polis bölməsi əməkdaşları tərəfindən 3 nəfər, 22-ci polis bölməsi əməkdaşları tərəfindən isə 13 nəfər saxlanılıb. Onlara xəbərdarlıq edildikdən sonra buraxılıblar.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər