Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl hadisəsi törətməkdə təqsirli bilinən Nailə Atayevanın məhkəməsi başlayıb.
Teleqraf.com xəbər verir ki, 2014-cü ilin iyunun 17-də A.Mustafayev küçəsində yaşayan 1960-cı il təvəllüdlü Nailə Atayeva yaşadığı evdə şəxsi münasibətlər zəminində Bakı şəhər sakini 1958-ci il təvəllüdlü Lalə Vəliyevanın baş nahiyyəsindən üç dəfə çəkiclə vuraraq qətlə yetirib. Qətli törətmiş Nailə Atayeva Nəsimi Payon Rayon İdarəsi 19-cu Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub.
Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
Məhkəmə iclası yanvarın 15-də davam etdiriləcək.
Hacı Zeynalov