8 Yanvar 2015 21:30
1 613

Bakıda 2 qardaşın avtomobildə güllələnərək qətlə yetirilməsi ilə nəticələnən silahlı insidentin bəzi təfərrüatları aydınlaşıb.

Teleqraf.com-un məlumatına görə, hadisənin qısqanclıq zəminində baş verməsi müəyyənləşib.

İki qardaşı güllələyən Zaur Əkbər oğlu Tərlanov saxlanılıb. Hazırda o, polis tərəfindən dindirilir.Güllələnərək öldürülən 1985-ci il təvəllüdlü Cavid Rəhimov və 1980-ci il təvəllüdlü Cahit Rəhimov qardaşdırlar.

Qeyd edək ki, bu gün axşam saatlarında Sahil qəsəbəsində silahlı insident qeydə alınıb. Avtomobildə iki qardaş güllələnmişdi. Onların hər ikisi yerindəcə dünyasını dəyişib. /anspress.com/


Müəllif: