8 Yanvar 2015 23:32
720
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Qazax magistralında ağır avtomobil qəzası baş verib, nəticədə bir nəfər ölüb və bir nəfər xəsarət alıb.

Teleqraf.com Kəpəz TV-yə istinadən xəbər verir ki, hadisə bu gün saat 20:00 radələrində magistral yolun Goranboy rayonu ərazisindən keçən hissəsində baş verib.

“VAZ 2106” markalı avtomobil yol ilə hərəkət edən traktora çırpılıb. Qəza nəticəsində “VAZ 2106” markalı avtomobildə olan bir nəfər ölüb və bir nəfər isə yaralanıb.

Hazırda araşdırma aparılır.


Müəllif: