14 İyul 2023 17:11
1 331
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Biləsuvar rayonu ərazisində keçirilən tədbir nəticəsində marixuana və tiryək aşkar edilərək götürülüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Cəbrayıl RPŞ-nin əməkdaşlarının Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 11 saylı qəsəbə ərazisində keçirdiyi əməliyyat tədbiri ilə Kürdəmir rayon sakinləri, əvvəllər məhkum edilmişlər Səbuhi Şəmiyev və Ramil Məmmədovun idarələrində olan avtomobil saxlanılıb.

Onlar narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyindən avtomobillə birlikdə şöbəyə gətiriliblər. Avtomobildə aparılan müvafiq axtarış zamanı onlara məxsus 5 kiloqram 120 qram marixuana və 3 kiloqram 125 qram tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə adıçəkilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər