9 Yanvar 2015 13:43
1 071
12 Punto 14 Punto 16 Punto 18 Punto

Goranboy rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Borsunlu kəndində qeydə alınıb. Gürcüstan vətəndaşı Cavanşir Çavuşun idarə etdiyi “VAZ-21065” markalı avtomobillə Göygöl rayon sakini Ayaz Həsənovun idarə etdiyi “MTZ-80” markalı traktor toqquşub.

C.Çavuşun sərnişini - Rusiya Federasiyası vətəndaşı Sahib Mustafayev hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Hacı Zeynalov


Müəllif: