9 Yanvar 2015 13:45
631

Bakının Xətai rayonunda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, X.Məmmədov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Gülnarə Quliyeva vurulub. Piyada xəstəxanaya yerləşdirilib.

Oxşar hadisə Yasamal rayonunun A.Şərifzadə küçəsində də qeydə alınıb. Müəyyən edilməmiş avtomobil yolu keçən Bakı şəhər sakini Göyçək Zərbəliyevanı vurub. Piyada xəstəxanaya yerləşdirilib.
Daha bir yol qəzası Nərimanov rayonunun Atatürk prospektində qeydə alınıb. Müəyyən edilməmiş avtomobillə yolu keçən Gəncə şəhər sakini Arzu Abdullayeva və Kürdəmir rayon sakini Elcan Abdullayev vurulub. Hər iki piyada xəstəxanaya yerləşdirilib.

Nəsimi rayonunun Bakıxanov küçəsində Bakı şəhər sakini Ruslan Quliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Gülsəba Əzizovanı vurub. Piyada hadisə yerində ölüb.

Hacı Zeynalov


Müəllif: