9 Yanvar 2015 13:53
1 117
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda dilənçilərlə bağlı əməliyyat keçirilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Xətai rayon Polis İdarəsinin 34-cü polis bölməsi əməkdaşları tərəfindən avaralıq və dilənçiliklə məşğul olan 3 nəfər saxlanılıb. Onlardan 1-i qadın, 1-i kişi və 1-i azyaşlı olub. Saxlanılanlara xəbərdarlıq edildikdən sonra buraxılıblar.

Hacı Zeynalov


Müəllif: