17 İyul 2023 10:12
1 203
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda dövlətə xəyanətdə ittiham edilən Fidan Əliyevanın bu gün məhkəməsi başlayır.

Teleqraf.com xəbər verir ki, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.

İş hakim Əli Məmmədovun icraatına verilib.

Qeyd edək ki, Fidan Əliyeva Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham edilir.

Onun barəsində olan cinayət işinin istintaqını Dövlət Təhlükəsizliyi Xidməti aparıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər