10 Yanvar 2015 21:33
740
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azneftkimyamaşa məxsus inzibati binada yanğın olub.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Suraxanı rayonunda Azneftkimyamaş ASC-yə məxsus Suraxanı Maşınqayırma zavodunun ikimərtəbəli inzibati binasının 1-ci mərtəbəsində olan mühafizə otağının yanar konstruksiyaları və içərisində olan əşyalar 8 kv.m sahədə yanıb.

İnzibati binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 16:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: