Yuxarı Qarabağ kanalına düşən "Mercedes" markalı avtomobilinin sərnişininin cəsədi tapılıb.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanvarın 9-da Yuxarı Qarabağ kanalının İmişli rayonu ərazisindən keçən hissəsində (ən yaxın xilasetmə məntəqəsindən 50 km aralı) “Mercedes” markalı minik avtomobili suya düşdükdən sonra qurumun dalğıc-xilasediciləri tərəfindən avtomobildə olan sərnişinin axtarışlarına başlanılıb.
Bu gün 1993-cü il təvəllüdlü Əli Rəfail oğlu Şirinovun cəsədi dalğıc-xilasediciləri tərəfindən (batdığı yerdən 6 km aralıda) tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib