12 Yanvar 2015 09:57
894
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağstafa rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Ağstafa rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, rayon sakini Babək Mustafayev naməlum şəraitdə bıçaqlanıb. O, bıçaq xəsarəti ilə Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün Babək Mustafayevin həyatını xilas etmək mümkün olub.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Köçəsgər kənd sakini Vüsal Hüseynov tutulub. Vüsal Hüseynov törətdiyi cinayəti etiraf edib.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: