Bakının Sabunçu rayonunda avtomobil oğurluğu edən gənclər həbs edilib.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Sabunçu rayon Polis İdarəsinin 12 və 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1992-ci il təvəllüdlü Rahədin Məmmədov, 1993-cü il təvəllüdlü Əhliman Səlimov, 1991-ci il təvəllüdlü Hüseyn Quliyev, Biləsuvar rayon sakini 1997-ci il təvəllüdlü Əmrah Əsgərli, Şərur rayon sakini 1996-cı il təvəllüdlü Əmrah Fərəcov tutulublar.
Onlar rayon ərazisində Amil Abışova, Əzim Ovçuyevə, Urşan Quliyevə məxsus “VAZ 2107”, Arif Məmmədova məxsus “VAZ-2106” markalı avtomobilləri qaçırmaqda şübhəli bilinirlər.
Hacı Zeynalov