12 Yanvar 2015 11:56
855
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qax rayonunda mağazadan oğuluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, hadisə yanvarın 9-na keçən gecə Qax rayonunun Qapıçay kəndində qeydə alınıb.

Kənd sakini Mikayıl Vaysalidzeyə məxsus mağazadan qapını sındırmaq yolu ilə 300 manat və danışıq kartları oğurlanıb. Qax rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Turaclı kənd sakinləri Dursun Abduladze və əvvəllər məhkum olunmuş Hüseyn Ağayev tutulublar.

Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların ötən il dekabrın 3-də Fəhnurə İsayevaya məxsus mağazadan danışıq kartları, tütün məmulatı və xırda pul oğurlamaları da müəyyən edilib.

Hacı Zeynalov


Müəllif: