12 Yanvar 2015 13:23
840
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunda Kür çayının sahilindən meyit aşkar olunub.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, meyit Ceyrançöl adlandırılan ərazisində aşkarlanıb. Kür çayının sahilində üzərində zorakılıq əlamətləri görünməyən 35-40 yaşlı kişi meyiti tapılıb.

Faktla bağlı araşdırmalar aparılır.

Teleqraf.com xəbər verir ki, Şəmkir rayonunda Ceyrançöl adlandırılan ərazisində tapılan meyitin kimliyi müəyyən edilib. Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “Ceyrançöl” adlanan ərazidə tapılmış meyitin Gəncə şəhər sakini Mətləb Məmmədov olması üzə çıxıb

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər