Bakının Yasamal rayonunda quldurluq cinayəti baş verib.
Bu barədə Teleqraf.com-a Yasamal rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, hadisə rayonunun M.Həsənov küçəsində qeydə alınıb. Qobustan rayon sakini Səmid Mikayılov Bakı şəhər sakini Elşad Abdullayevə zor tətbiq edib və onun 120 manatını alıb.
Elşad Abdullayev quldurluqla üzləşməsi ilə bağlı 29-cu polis bölməsinə şikayət verib. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq cinayətini törətməkdə şübhəli bilinən Səmid Mikayılovu həbs ediblər.
Hacı Zeynalov