Baş Prokurorluq Qaradağ rayonunda baş verən ağır yol nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, yanvarın 9-daŞ saat 09.00-da Cabbarov Yasin Çərkəz oğlu idarə etdiyi “Nexia” markalı 25-BE-270 dövlət nömrə nişanlı avtomobillə Qaradağ rayonu ərazisində, Bakı-Salyan yolunun 14-cü km-də Bakı şəhəri istiqamətində hərəkətdə olarkən idarə etdiyi avtomobili yolun sağ kənarında quraşdırılmış dəmir yolayrıcına vurub.
Nəticədə avtomaşında olan sərnişinlər Sadıqov Altay Elman oğlu və Hacıyeva Yasəmən Talıb qızı aldıqları bədən xəsarətlərindən hadisə yerində ölüb, avtomobildə olan digər sərnişin Bayramova Həcər Faiq qızı isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Yasin Cabbarov təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Hacı Zeynalov