Bakıda 30 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Şəhniyarov Fariz Mənsim oğlu tutulub.
Qeyd edək ki, avqustun 22-da saat 07:00 radələrində Nərimanov rayonu R.Əliyev küçəsində 1993-ci il təvəllüdlü Məhərrəmov Samir Mehrab oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.