Göygöl rayonunda yaşayış evinə basqın edən maskalı şəxslər həbs edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə yanvarın 4-də, rayonun Üç bulaq adlanan otlaq sahəsində yerləşən evdə baş verib. 3 nəfər maskalı şəxs 43 yaşlı Alışanov İsa Sovet oğluna məxsus evə daxil olaraq ev sahibini, onun anası Əsli Alışanovanı və bacıları Matat, Könül və Gülnisənı döyərək bədən xəsarətləri yetirdikdən sonra evdə olan 50 min manata kimi nağd pulu və 3 min min manat dəyərində olan qızıl-zinət əşyalarını aparıblar. Yaralılar Göygöl Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlardan İsa Alışanovun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Baş Cinayət-Axtarış İdarəsi, Göygöl və Şabran rayon Polis Şöbələri əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə təqsirli bilinən Üçbulaq kənd sakini Elmidar Mirişov, Neftçala rayon sakini Qorxmaz Manafov və Şabran rayon sakini Qərib Dostəliyev tutulub.
Hacı Zeynalov