Daxili İşlər Nazirliyi Şabran rayonunda baş verən ağır yol nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə yanvarın 11-də, saat 20 radələrində Şabran rayonu ərazisində qeydə alınıb. Rayon sakini Elvin Əliyevin idarə etdiyi “VAZ-2106” və Bakı şəhər sakini Ehtiram Məmmədovun idarə etdiyi “Nissan” markalı avtomobillər toqquşub.
Elvin Əliyevin sərnişinlərindən - qardaşı Azad hadisə yerində ölüb, özü və digər 2 sərnişini, habelə Ehtiram Məmmədov xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov