12 Yanvar 2015 17:27
1 702

Ağstafa rayonunda sürücünün ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə yanvarın 11-də, saat 21 radələrində Ağstafa rayonunun Poylu kəndində qeydə alınıb. Aşağı Kəsəmən kənd sakini, 25 yaşlı Elçin Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Sürücü və 3 sərnişini xəstəxanaya yerləşdirilib. Lakin yaralı sürücü xəstəxanada ölüb ölüb.

Məlumata görə, Elçin Məmmədovun həmin gün nişanı olub.

Hacı Zeynalov


Müəllif: