Kürdəmir rayonunda bədbəxt hadisə baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün saat 12:00 radələrində rayonun Muradxanlı kəndində olub.
Kənd sakini 62 yaşlı Tahirə Abbasova həyətdəki su quyusuna düşüb. Yaxınları onun meyitini həyətlərindəki su quyusundan tapıblar.
Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.