13 Yanvar 2015 12:03
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizin gömrük orqanları qaçaqmaılçılıq hallarına qarşı mübarizə tədbirlərini davam etdirir.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Aksiz Baş Gömrük İdarəsi Gömrük hüquqpozmalarina qarşi mübarizə şöbəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikasının vətəndaşı Yolçuyev Mahir Yaqub oğlunun idarə etdiyi “VAZ-21065” markalı, “10-SK-976” dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə baxış keçirilib. Baxış zamanı həmin avtomobildə sərnişin qismində əyləşənAzərbaycan Respublikasının vətəndaşı Cəfərov Raqif Vaqif oğluna məxsus Gürcüstan Respublikasının aksiz markası ilə markalanmış xeyli miqdarda xaricdə istehsal olunmuş araqlar aşkar olunaraq protokol əsasında götürülüb.

Biləsuvar Gömrük İdarəsinin əməkdaşları isə 700 qrama qədər narkotik maddənin ölkəyə gətirilməsinin qarşısını alıb. Belə ki,idarənin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikası ərazisindən tranzit keçməklə Naxçıvan Muxtar Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşı Fazil Sadıqovun idarə etdiyi “Kamaz-5320” markalı yük avtomobilinə xidməti itin tətbiqi ilə baxış keçirilib.Baxış zamanı xidməti itin reaksiyasına əsasən, avtomobilin qoşqusunun alt tərəfindən 1 ədəd bükümdə , xalis çəkisi 665,0 qram olan narkotik vasitə-qurudulmuş marixuana aşkar edilib.

Hər iki faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində zəruri istintaq tədbirləri davam etdirilir.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər