Bakının Suraxanı rayonunda faciəli hadisə baş verib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə yanvarın 12-də qeydə alınıb. Yevlax rayon sakini Mövlan Quliyev Suraxanı rayonunun Hövsan qəsəbəsində dəm qazlndan boğularaq ölüb.
Bundan başqa, Cəlilabad rayon sakini Cəlal Abdulov Binə qəsəbələrində kirayədə yaşadıqları mənzillərdə dəm qazından zəhərlənərək ölüb.
Hacı Zeynalov