13 Yanvar 2015 14:03
726
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə yanvarın 12-də saat 22 radələrində qeydə alınıb. Şəmkir rayonunun Sabirkənd kəndində kənd sakini Tural Əliyev idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən Sarıtəpə kənd sakini Nofəl Abdullayevi vurub.

Nəticədə piyada hadisə yerində ölüb.

Hacı Zeynalov


Müəllif: