6 Sentyabr 2023 18:48
953
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kafe sahibinin azyaşlı oğlunu qaçırıb 200 min manat pul tələb etməkdə ittiham olunan Cəlilabad rayon sakini Sakit Əlişov və Qəbələ rayon sakini Şahin Quliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Səbinə Məmmədzadənin icraatındadır. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik təyin edilməyib.

Qeyd edək ki, bu il martın 25-də saat 22:00 radələrində paytaxtın Nəsimi rayonu ərazisində yerləşən kafelərin birində oranın sahibinin başına dəmir parçası ilə xəsarət yetirildiyi, azyaşlı oğlunun zirzəmiyə gətirilib stula bağlanılaraq bıçaqla hədələnib 200 min manat verilməsinin tələb olunduğu və sonradan 20 min manat müqabilində razılaşmaları barədə polisə məlumat daxil olub.

Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Sakit Əlişov və Şahin Quliyev müəyyən olunaraq saxlanılıblar.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər