Bakıda mənzildə tək qalmış 40 yaşlı qadının meyiti aşkar edilib.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda mənzildə 1975-ci il təvəllüdlü Babayeva Rəna bağlı qapı arxasında qalıb.
Hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açmış və adı çəkilən şəxsin cəsədini aşkar ediblər.
R.Babayevanın cəsədi aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 14:55-da başa çatıb.