14 Yanvar 2015 08:50
732
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuzda gecə yanğın hadisəsi qeydə alınıb.

Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərdə vətəndaşa məxsus ümumi sahəsi 210 kv.m olan, birmərtəbəli 10 otaqlı evdə baş verib.

Nəticədə evin dam örtüyünün yanar konstruksiyaları 55 kv.m sahədə və evə bitişik ümumi sahəsi 25 kv.m olan ərzaq mağazasının yanar konstruksiyaları içərisində olan mallarla birgə yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.


Müəllif: