14 Yanvar 2015 11:33
752
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Nəsimi Rayon Polis İdarəsi Narkotiklə Mübarizə Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı şəhər sakini, əvvəllər məhkum olunan, 1957-ci il təvəllüdlü Rafiq İsrafil oğlu Ağayev tutulub. Saxlanılarkən ondan 655 qram heroin və dövriyyəsi məhdudlaşdırılan narkotik tərkibli 10 ədəd metadon dərman preparatı aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: